Bu ilin sonuna qədər “yaşıl istiqraz”la bağlı qanunun qüvvəyə minəcəyinə ümid edirik.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə çıxışı zamanı deyib.
O bildirib ki, yaşıl istiqraz real sektorun iştirakçılarına öz maliyyə kanallarını diversifikasiya etməyə imkan verəcək.
“Yaşıl bank konsepsiyasına gəldikdə isə qeyd etmək istəyirəm ki, banklar könüllü sürətdə maliyyə öhdəlikləri götürüblər”- deyə AMB sədri qeyd edib