ABŞ-ın e-ticarət nəhəngi Amazon-un satışları bu ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 143,3 milyard dollara çatıb.

“Amazon”un satışları birinci rübdə artıb.

Marja.az xəbər verir ki, “Amazon”un yanvar-mart dövrü üçün balans hesabatına görə, ilin birinci rübündə Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz artaraq 143,3 milyard dollar təşkil edib. 2023-cü ilin birinci rübündə şirkətin satışları 127,4 milyard dollar olmuşdu..

Bazar proqnozu şirkətin 142,5 milyard dollar gəlir əldə etməsi idi.

Bulud hesablama xidmətləri göstərən Amazon Web Services (AWS) bölməsinin satışları da illik müqayisədə 17 faiz artaraq 25 milyard dollara çatıb.

Şirkətin reklam bölməsinin gəlirləri ilin birinci rübündə 24 faiz artaraq 11,8 milyard dollar təşkil edib.

Amazon-un xalis mənfəəti birinci rübdə təxminən 229 faiz artaraq 10,4 milyard dollar olun. Şirkət ötən ilin eyni dövründə təxminən 3,2 milyard dollar xalis mənfəət açıqlamışdı.

Elektron ticarət nəhənginin səhmbaşına xalis mənfəəti bu ilin ilk rübündə 98 sent olaraq hesablanıb. Şirkət ötən ilin eyni dövründə hər səhmə görə 31 sent mənfəət əldə etmişdi.

“Amazon” bu ilin ikinci rübündə 144-149 milyard dollar arasında gəlir gözlədiyini açıqlayıb.