“Amazon” online platforması “Internet” adlı öz mobil brauzerini istifadəyə verib.

 

İKT.lent.az-ın AİN saytına istinadən verdiyi xəbərə görə, “Amazon” hələlik yenilik barədə anons verməyib, lakin brauzer artıq mart ayından hazırdır.

 

“Internet” brauzeri “Android” smartfonlar üçün nəzərdə tutulub və hələlik yalnız Hindistanda əlçatandır. Onun əsas xüsusiyyətləri istifadəsinin sadəliyi və gizliliyin etibarlı qorUnmasıdır.

 

“Internet”in çəkisi cəmi 2 meqabaytdır. Müqayisə üçün deyək ki, “Chrome” 21 Mb, “Firefox” 19,9 Mb, “Opera” 14,7 Mb, “Edge” 54,5 Mb-dır. Bundan başqa, “Amazon”un brauzeri analoqlarından fərqli olaraq, istifadəçinin məlumatlarını toplamır və onlardan əlavə icazələr tələb etmir.

 

Ümumilikdə isə “Internet” digər mobil brauzlerlərə bənzəyir. Ev ekranında tez-tez daxil olunan saytlar və xəbərlər görünür, eləcə də privat rejimdən istifadə etmək də olar, bu halda istifadəçinin daxil olduğu saytlar yaddaşda qalmır.