Almaniyanın ən böyük bankı Deutsche Bank, xərcləri azaltmaq hədəflərinə çatmaq üçün Almaniyada təxminən 100 filialını bağlayacaq.

Marja xəbər verir ki, onlayn bankçılığa maraq artır və Deutsche Bank da bu vəziyyətə uyğunlaşmağa çalışır.

Bankın İdarə Heyətinin sədri Christian Sewing keçən il 18 min nəfərin  işdən çıxarılmasını da ehtiva edən böyük bir qənaət planı açıqlamışdır.