Almaniyada fəaliyyət göstərən katolik və protestant kilsələri bu il 13 mlrd. avroya yaxın üzvlük haqqı toplayıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu rəqəmi Almaniyanın Maliyyə Nazirliyi açıqlayıb.

Avropa ölkəsinin İqtisadiyyat İnstitutunun araşdırmasına görə, hazırda kilsə üzvlərinin sayı, təxminən, 45 mln.dur. Bunun 23,5 mln.-u katoliklər, 21,5 mln.-u isə protestantlardır. Onlar, müvafiq olaraq, orta hesabla 291avro və 278 avro üzvlük haqqı ödəyirlər.