Almaniya vergi daxilolmalarının əhəmiyyətli şəkildə artması sayəsində 1990-cı ildən bəri büdcədə ən böyük profisit əldə olunduğunu bəyan edib.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, rəsmi statistikaya əsasən, gəlir və əmlak vergisindən əldə olunan gəlirlərdə 6,5 faiz artım müşahidə olunub. Bununla yanaşı, məşğulluq səviyyəsinin yüksək olması da sosial təminat haqları üzrə vergi daxilolmalarının 4,6 faiz artmasına şərait yaradıb. Büdcənin profisiti isə iqtisadi istehsalın 0,8 faizi qədər olub.