Almaniyanın Telekommunikasiya Agentliyi rəsmi olaraq uşaqların “ağıllı” saatlar daşımasına qadağa qoyub.

İKT.lent.az-ın “The Verge” nəşrinə istinadən məlumatına görə, qurum artıq alınmış cihazları məhv etməyi də xahiş edib.

Agentlik “ağıllı” saatları dinlənilə biləcək cihazların siyahısına əlavə edib. Rəsmi məlumata əsasən, 5-12 yaş həddində olan uşaqlar üçün nəzərdə tutulmuş cihazlar izlənilmə və xəfiyyəlik üçün istifadə oluna bilər.

Almaniya qanunlarına əsasən, icazəsiz olaraq şəxsi söhbətlərin yazılması cinayət hesab edilir.