“Moody’s” beynəlxalq kredit reytinq agentliyi İngiltərənin kredit reytinqini “Aa2″dən “Aa3″ə səviyyəsinə endirib.

“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, reytinq üzrə proqnoz “Neqativ”dən “Sabit”ə dəyişdirilib.

“Moody’s” bəyan edib ki,İngiltərədə koronavirus pandemiyasının təsiri ilə iqtiadi artımın gözləniləndən daha zəif olacaq, xüsusən ölkənin Avropa İttifaqından (Aİ) çıxma qərarı və Aİ ilə ticarət razılığının əldə olunmaması vəziyyəti daha da pisləşdirir.