Azərbaycanın hotel sənayesi son on ildə möhtəşəm artım nümayiş etdirib.
“APA-Economics” xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə panel müzakirəsi zamanı Azərbaycan Hotellər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov deyib.
“Ölkədəki hotellər standartları təkmilləşdirmək, ən son spesifikasiyaları və təsnifatları tətbiq etmək üçün fəal işləyirlər. Bu tədbirlər Azərbaycan qonaqpərvərliyinin beynəlxalq standartlar sisteminə inteqrasiyasına töhfə verir. Bakı bu fonda mükəmməlliyə sadiqliyi, qonaqpərvərlik sənayesində müasir və keyfiyyətli xidmətlər göstərməsi ilə seçilir”, – deyə E.Əlimuradov bildirib.