Türkiyə, bərpaolunan enerji sektoruna investisiyalar üçün Səudiyyə Ərəbistanının “Acwa Power” şirkətilə ilə də danışıqlar aparır. 

Marja xəbər verir ki, bu barədə Bloomberg-in məlumat yayıb.

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz ötən həftə sonu Kanal 7-də çıxışında “Səudiyyə Ərəbistanından bir şirkətin Türkiyəyə enerji və digər sektorlarda 5 milyard dollar sərmayə yatırmaq istədiyindən” danışıb. Mövzuya yaxın mənbələrə görə, həmin şirkət “Acwa Power”dir.

“Acwa Power”ın sözçüsü açıqlamasında “Bölgədə biznes inkişafımızın bir hissəsi olaraq Türkiyədəki tərəflər ilə müzakirələr aparırıq, lakin bu nöqtədə əlavə təfərrüatlar verə bilmərik” deyib.

Qeyd edək ki,  Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında müqavilə imzalanıb.