Acer, dünyanın ən böyük qlobal təhsil proqramlarından biri olan “BETT” sərgisindən əvvəl yeni sərfəli “Chromebook notebook”larını təqdim edib.

Banker.az xəbər verir ki, Intel, Qualcomm, MediaTekk tərəfindən dəstəklənən yeni Chromebook seriyası, xüsusilə təhsil sektorunda olan tələbələrin bütün ehtiyaclarını ödəmək üçün təchiz edilib. 4 fərqli modelin təqdim olunduğu bu təqdimat mərasimində kompüterlər maye və təsirlərə qarşı davamlılığı ilə diqqət çəkir.

Acer Chromebook 511 

Acerin “Chromebook 511” modeli  istifadəçiyə 20 saata qədər batareya ömrü təklif edir. Acer, Chromebook 511-in ABŞ-da aprel ayında 399.99 dollara satışa çıxarılacaq.

“Chromebook 311” modeli, suya davamlı klaviaturası ilə gənc tələbələrin diqqətsizliyinə qarşı möhkəm bir quruluşla gəlir. “Chromebook 311”, ABŞ-da 299.99 dollara satılacaq.

Döner ekranlı “Chromebook 512 və 511-də həm  son dərəcə davamlı bir korpusa sahibdir,  ekranlarda mikrobları azaltmaq üçün bakteriya əleyhinə bir örtük də vardır. Chromebook 511-in pərakəndə satış qiyməti ABŞ-da 399 dollar olacaq.

Digər modeldən fərqli olaraq “Chromebook 512” HD + ekrana malikdir və bakteriya əleyhinə örtük tək ekranda deyil, həm də klaviaturada yer alır. “Chromebook 512”, ABŞ-da 429.99 dollara satılacaq.