Dünya iqtisadiyyatı heç də yaxşı dövrünü yaşamır və ABŞ iqtisadiyyatı da istisna deyil. Kreditplaza.az saytı xarici mənbəyə istinadən, ABŞ iqtisadiyyatının son onilliklərdə necə dəyişdiyini rəqəmlər və Ştatlarının sakinlərinin özlərinin əyani şəkildə göstərəcəyini nəzər çatdırır.
Bloqçuların biri şikayətlənir ki, demək olar ki, hər şey Çində hazırlanır, əvvəllər olduğu kimi Amerikada yox. Evdə gəzərkən səpələnmiş karandaşları görür, onlar da Çində istehsal edilib. “Bu nə biabırçılıqdır”, deyə fikirləşir. Tvelevizor və başqa şeylər də Çində istehsal edilib.
Bu, Amerika iqtisadiyyatının sənaye formasından kağız formasına keçidin ən parlaq misalıdır.
2000-ci ildən başlayaraq. Birləşmiş Ştatlar, əhalinin artımına baxmayaraq istehsalat sektorunda 5 mln. iş yeri itirib. İstehsalat Amerikada tənəzzül vəziyyətindədir, iqtisadi infrastruktur dağılır, əvvəllər sənaye mərkəzləri olan böyük şəhərlər isə indi güclü tənəzzüldədir. ABŞ istehsal etdiyindən daha çox var-dövlət xərcləyirlər, belə davranışı təmin etmək üçün yeganə üsul – öz üzərinə böyük borclar götürməkdir. Ancaq uzunmüddətli perspektivdə artan borc iqtisadiyyatın davamlı artımı əsasında dura bilərmi?
Hələ 1960-ci ildə Amerikalı işçilərin 24% -i istehsalatda çalışırdılar. Bu gün bu rəqəm cəmi 8% təşkil edir.
Amerikada iş yerlərinin artımının ən yüksək göstəriciləri hazırda aşpazlar, ofisiantlar, satıcılar, tibb bacıları, şəxsi köməkçiləri kimi vakansiyalar arasında müşahidə olunur,. Təəccüblü deyil ki, orta təbəqə belə tez azalır. Ailə gəlirlərini orta sinif səviyyəsində saxlaya biləcək aşpazlar, ofisiantlar və ya supermarketlərdə satıcılar həddən artıq çoxdurlar.
Daha bir maraqlı müşahidə var. Birləşmiş Ştatlarda dövlət qulluqçularının ümumi sayı, istehsalatda çalışanların ümumi sayından təxminən 10 mln. nəfər çoxdur.
Dövlət qulluqçuları özlərini əsasən, digər insanlara nəyi və necə etmək barədə məlumat verərək kağızları dağıtmaqda yaxşı göstərirlər, amma əksər hallarda onlar əslində heç nə etmirlər. Amma davamlı iqtisadiyyata malik olmaq üçün, dəyərləri yaradan insanlar lazımdır.
Ancaq hələ ki, biz bunu görmürük. Əksinə. Caterpillar Inc. sənaye nəhənginin məlumatlarını götürək. Şirkət yeni-yeni kütləvi işdən azad etmələr haqqında elanlar verir.