ABŞ Senatı orduya 2018-ci maliyyə ilində 700 milyard dolların ayrılmasını təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb.

Qanun layihəsinin lehinə 89 senatorun səs verdiyi açıqlanıb. Yeni qanun layihəsində əsas xərclərin Şimali Koreyaya qarşı raketdən müdafiə sistemlərinin genişləndirilməsi və hərbçilərinin maaşlarının ödənilməsinin təşkil edəcəyi vurğulanıb.