ABŞ-ın, Çin ilə bağlanacaq “məzənnə sazişi” əvəzində gələn həftədən artacaq idxal gömrük vergisini təxirə sala biləcəyi bildirilir.

“Bloomberg” xəbər verir ki, Ağ Ev gələn həftə tətbiqinə başlanacaq Çin məhsullarına əlavə vergini təxirə sala bilər. Amma əvəzində məzənnə müqaviləsi bağlamaq istəyir.

Çin milli valyutası yuanı devalvasiya edərək ixracına üstünlük təmin edir və ABŞ-ın əlavə vergilərinin təsirini azaldır.

Çin Baş Nazirinin köməkçisi Liu He-nin başçılıq etdiyi nümayəndələr danışıqları davam etdirmək üçün Vaşinqtona gəliblər. Bu görüş İyuldan bu yana yüksək səviyyəli nümayəndələr arasında baş tutan ilk üz-üzə görüş olacaq.

 

@Marja