Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 3 481 min barel azalaraq 413 963 min barel təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 440 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, artıq yeddi həftədir, ABŞ-ın kommersiya neft ehtiyatlarında azalma qeydə alınır.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.