Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət borcu 34 trilyon ABŞ dollarını ötüb.

“Report” ABŞ-ın Maliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 01:30-a olan məlumata görə, Birləşmiş Ştatlarının dövlət borcu 34,001 trilyon ABŞ dolları təşkil edib. Bu da 2023-cü ildə 4 trilyon ABŞ dollardan çox artım deməkdir.

Xatırladaq ki, ötən ilin yanvar ayında ABŞ hökumətinin 31,4 trilyon dollar məbləğində müəyyən edilmiş borc tavanı aşılıb. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar borc tavanını artırmağa razılaşıblar, lakin büdcədə əhəmiyyətli ixtisarlar aparılıb.

ABŞ Prezidenti Co Bayden ötən il iyunun 3-də dövlət borcunun tavanını artırmaq üçün Konqres tərəfindən daha əvvəl təsdiq edilmiş qanun layihəsini imzalayıb. Artıq limitə 2025-ci il yanvarın 2-də çatılacaq. Dövlət başçısının sözlərinə görə, ABŞ-ın iqtisadi böhranının və süqutunun qarşısını almağa imkan verən təşəbbüs iyunun 1-də Senat tərəfindən təsdiqlənib.