ABŞ-ın Xəzinə Nazirliyi, Çinin İyun ayında, doqquz aydan sonra yenə də dünyanın ən böyük ABŞ istiqrazı sahibi mövqeyinə qayıtdığını açıqlayıb.
“Marja” xəbər verir ki, nazirliyin ən son məlumatına görə, Çinin aldığı ABŞ istiqrazı İyun ayında 44,3 milyard dollar artımla 1 trilyon 146 milyard dollara çatıb.
Keçən ilin Oktyabr ayında Çini keçən Yaponiyanın, İyunda ABŞ istiqrazları 20,5 milyard dollar azalma ilə 1 trilyon 908milyard dollara düşüb.
ABŞ-ın cəmi xarici istiqrazları May ayında 6 trilyon 123 milyard dollar ikən, İyun ayının sonunda 6 trilyon 171 milyarda yüksəlib.
Digər tərəfdən Çin Xalq Bankının məlumatlarına görə, Çindəki valyuta ehtiyatları 6 ay ardıcıl artaraq İyul ayında 3 trilyon 81 milyard dollara çatıb.