Virtual pul operatoru “Ledgerx LLC”, ABŞ-da rəqəmsal pullar Birjası kimi fəaliyyət göstərmək üçün Əmtəə Fyuçersləri üzrə Komsiyadan (CFTC) razılıq alıb. Birja federal səviyyədə tənzimlənəcəkdir.

“Ledgerx”in İcraçı direktoru Pol Çjou bildirib ki, Nyu-York-da yerləşən şirkət,Oktyabr ayının əvvəlinə qədər birdən altı aya qədər müddətə Bitcoin/dollar opsion fyuçerslərini təqdim etməyi planlaşdırır. Gələcəkdə sigər rəqəmsal pullara dair fyuçerslər də təqdim olunacaq.

Opsiyon, iki tərəf arasında bağlanan və alıcıya, ödəyəcəyi müəyyən bir məbləğ (opsion haqqı) qarşılığında müəyyən bir müddətə qədər (və ya müəyyən bir müddətdə), bu gündən müəyyən edilən bir qiymətə (istifadə qiyməti) bir malı, qiyməti kağızı və ya indeksi almaq və ya satmaq hüququ verən, satıcıya da alıcının bu sazişdən yaranan hüququndan istifadə etməsi vəziyyətində malı, qiymətli kağızı, və ya indeksi satmaq və ya almaq öhdəliyi verən müqavilədir.