ABŞ hökuməti “Boeing” aviaşirkətinə İrana təyyarə satmağa icazə verib.

“RİA Novosti” bildirir ki, şirkət məlumatı təsdiqləyib.

“Biz icazə almışıq və “İran air” şirkəti ilə danışıqlar aparırıq”, – deyə, şirkətdən bildirilib.

Qeyd edək ki, İran şirkətdən yüzdən artıq “Boeing” almaq niyyətindədir. Bu təyyarələrin ümumi dəyəri 25 milyard dollardır.

report