ABŞ Rusiyaya qarşı sanksiya siyahısını daha da genişləndirib.

Siyahıya daha 81 şirkətin adı əlavə olunub. Bu şirkətlərdən 50-si Rusiyanın qaz nəhəngi “Qazprom”un nəzarətindədir.

Sanksiyalar Krıma çəkilən Kerç körpüsünün baş inşaatçısı SGM-Most şirkətinə də şamil ediləcək. Bu şirkət Vladimir Putinin dostu Arkadi Rotenberqin “Stroyqazmontaj” şirkətlər qrupuna daxildir.

Sanksiyalar bu gündən qüvvəyə minəcək.

Axar.az