“Son 6 il ərzində ofisdə işləmirdim. Oyun oynayır, internetdə “dolaşır”, pivə içirdim və buna görə də mənə maaş verirdilər”.
İQTİSADİYYAT XƏBƏRLƏRİ
6 il işdə heç nə etmədi, maaş aldı
“FiletOFish1066” nikli amerikalı belə yazıb. O, ABŞ-ın Kaliforniya ştatındakı ən uğurlu və məşhur İT şirkətlərindən birində 6 il ofisdə işləmədiyini bəyan edib.
Gündəlik işini proqramlaşdırmış bu şəxs iş vaxtını internet-serfinqə, kompüter oyunlarına və şəxsi problemlərinə həsr edib.
“Ofisdə olduğum ilk 8 ayda bütün proqram təminatının testlərini avtomatlaşdırdım. Rəhbərlik yalnız işin nəticələrini yoxlayırdı və ağlına da gətirmirdi ki, illərdir heç nə etmirəm. Testlər uğurla başa çatırdı, mən də işdə ya “League of Legends” oynayırdım, ya da internetdə dolaşırdım”, – “FiletOFish1066” yazıb.
Onun sözlərinə görə, işdə dostları olmadığından onun fəaliyyətsizliyindən uzun müddət kimsə xəbər tutmayıb. Rəhbərlik sonucda durumdan hali olub.
İşdən qovulan “FiletOFish1066″in qazancı isə yaxşı vücudu (o, iş vaxtı idman zalına gedirdi), bank hesabında 200 min dollar və işdən çıxarıldığı üçün 3 aylıq maaş məbləğində təzminatdır.
6 illik işsizlik dönəmində o, proqramlaşdırma bacarıqlarını unutduğu üçün biliklərini bərpa etmək, habelə kompüter oyunları və pivədən asılılıqdan qurtulmaq fikrindədir.
xəzərxəbər.com
Tarix: 06.09.16 [12:50]
Oxunub: 202