Beynəlxalq Valyuta Fondu (BVF), Səudiyyə Ərəbistanının neft gəlirlərinin sürətlə düşdüyü bir şəraitdə xərclərini azaltmaması vəziyyətində beş il ərzində iflas edə biləcəyini açıqlayıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) yaydığı son hesabata görə, Yaxın Şərq ölkələrinin aşağı neft qiymətləri səbəbilə uğradıqları zərər 360 milyard dolları keçib. Bu məsələdə ən çox zərərə məruz qalan ölkələrə isə Səudiyyə Ərəbistanı başçılıq edir.

Ölkənin bu il təxminən 73 milyard dollar səviyyəsində itkiyə məruz qaldığına işarə edən hesabatda, neftdə ucuzlaşmanın bu sürətlə davam etməsi halında Səudiyyə Ərəbistanının beş il ərzində iflas edə biləcəyi qeyd edilib.

Səudiyyə Ərəbistanının neftin ucuzlaşmasından əvvəl 750 milyard dollar olan valyuta ehtiyatları Avqust ayına olan məlumatlara görə 654 milyard dollara geriləyib.

800 milyard dollarlıq ümumi daxili məhsulu olan Səudiyyə Ərəbistanında dövlətinin əldə etdiyi gəlirlərin 90%-i neft satışından gəlir. Neft qiymətləri 34-38 dollar aralığında davam edərkən, Səudiyyə Ərəbistanda büdcəsinin balanslı olması üçün neftin barrelinin qiymətinin 106 dollar olması lazımdır.

XALQA 32 MİLYARD DOLLAR PAYLAYIB

Səudiyyə Ərəbistanda bu il vəzifəyə gələn Kral Salman bin Abdulaziz xalqa 32 milyard dollar paylayıb. Bununla yanaşı, ölkənin hərbi xərcləri də 80 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Mənbə:Marja.az