ABŞ-ı yaxın gələcəkdə yeni bir problem gözləyir: Kirayəçi böhranı…

Marja Business Insider-a istinadən xəbər verir ki, koronavirus epidemiyası səbəbilə kirayəçini evdən çıxarmaq qadağası bu ay bitəcək. The Aspen İnstitutu-nun hazırladığı hesabatda, qadağanın başa çatmasının ardından kirayədə yaşayan 110 milyon amerikalının 19 – 23 milyonu evsiz qalacaq.

Urban.org-da keçirilmiş sorğuya qatılmış Hispanik və ya Latınların 44%-i gələn ay kirayələrini ödəyə biləcəklərini düşünmür. Zənci kirayəçilər üçün isə bu nisbət 41%-dir.

Koronavirus epidemiyası ən çox zənci və Latın xalqına mənfi təsir edib.