Ötən il Azərbaycanda ən çox dövlət qeydiyyatına alınmış minik avtomobili markaları məlum olub. Rəqəmlər ən çox hansı markalı minik avtomobillərinin satıldığı barədə də ipucu verir.

 

Marja”nın rəsmi statistikadan topladığı məlumata görə, ötən il 1347 ədəd minik avtomobili qeydiyyatdan çıxıb, 8734 ədəd minik avtomobili qeydiyyata alınıb. Nətcədə,  Azərbaycanın minik avtomobili parkı 7387 ədəd artaraq 1 milyon 136 min 983 ədədə çatıb.

 

Ötən il ən çox Vaz markalı avtomobil alınıb. Belə ki, 2016-da 1460 ədəd Vaz dövlət qeydiyatına alınıb. Onlardan 1441 ədədi Vaz 2121 (Niva) modelidir.

 

Ən çox qeydiyyata alınmış avtomobil markaları ardıcıllığında ikinci sırada Mercedes (681 ədəd), üçüncü sırada Hyundai (668), dördüncü sırada Toyota (505 ədəd), beşinci sırada KİA (457), altıncı sırada Ford (329 ədəd), yeddinci sırada Chevrolet (324 ədəd), səkkizinci sırada Lexus (300 ədəd), doqquzuncu sırada Land Rover (163 ədəd), onuncu sırada isə Mazda (159) gəlir. BMW ilk 10-luğa daxil ola bilməyib.

 

“Digər xarici minik avtomobilləri” adı ilə verilən markalar üzrə qeydiyyata alınmış avtomobillərin sayı isə 1490 ədəd artıb. Bu markaların əksəriyyəti Çin markalarıdır.

 

Azərbaycana xaricdən ikinci əl Mercedes-lər çox gətirilir. Ehtimal ki, Azərbaycanda ilkin bazarda (yeni) ən çox Vaz, Hyundai və Çin avtomobilləri satılıb.

 

2016-cı ilin sonuna Azərbaycanda cəmi nəqliyyat vasitələrinin sayı 1 milyon 330 min 551 ədəd təşkil edib. 2015-ci ilin sonu ilə müqayisədə nəqliyyat vasitələrinin sayı 7941 ədəd artıb. Cəmi avtomobillərin 1 milyon 136 min 983 ədədini minki avtomobilləri təşkil edib.

 

Azərbaycanda ən çox Vaz markalı avtomobillər sürülür. Növbəti yerlərdə Mercedes, Hyundai, Qaz, Toyota, Opel, Nissan, Kia, BMW Mitsubishi, Wolkswagen və digər markalar gəlir.

 

Azərbaycanda hər 1000 nəfərə 138 avtomobil və 118 minik avtomobili düşür.

 

Avtomobillərin markalar üzrə bölgüsü

 

  2015 2016 Azalmış/Artmış
Cəmi 1 129 596 1 136 983 7387
Zaporojests və modif, 6 051 5 944 -107
Oka-111 2 080 2 078 -2
Tavriya 587 692 105
Vaz-2101, 03-06 201 032 200 777 -255
Vaz-2102, 2104 və modif. 14 940 14 922 -18
Vaz-2108, 2109 və modif. 24 747 24 515 -232
Vaz-2105, 2107 və modif. 127 792 127 811 19
Vaz-2121 və modif. 37 060 38 501 1441
Moskviç və modif. 25 298 25 170 -128
Qaz-24 və modif. 26 561 26 440 -121
Qaz-3102 və modif. 21 407 21 299 -108
Uaz-469 və modif. 2 760 2 439 -321
Digər minik avtomaşınları (MDB) 52 798 53 547 749
BMW 24 945 25 095 150
Opel 42 641 42 778 137
Mercedes 192 685 193 366 681
Volkswagen 20 045 20 178 133
Audi 4 246 4 390 144
Ford 8 218 8 547 329
Chevrolet 11 365 11 689 324
Cadillac 315 324 9
Buick 80 80 0
Lincoln 104 104 0
Chrysler 14 3 -11
Rover 100 97 -3
Oldsmobil 15 15 0
Volvo 1 092 1 111 9
Talbot 22 22 0
Saab 57 59 2
Reno 4 678 4 800 122
Peugeot 1 920 1 917 -3
Sitroyen 217 223 6
Toyota 46 777 47 282 505
Mazda 3 570 3 729 159
Suzuki 813 821 8
Nissan 32 525 32 674 149
Mitsubishi 21 261 21 378 117
Honda 5 364 5 414 50
Subaru 2 054 2 071 17
Datsun 26 26 0
Dayxatsu 223 222 -1
Alfa Romeo 203 202 -1
Fiat 4 248 4 336 88
Daewoo 10 719 10 793 74
KIA 30 745 31 202 457
Skoda 910 927 17
Tatra 1 1 0
Tofaş 6 317 6 276 -41
Hyundai 61 477 62 145 668
Jaguar 237 242 5
Asiya 23 23 0
CHERY 2 309 2 333 24
LANDROVER 5 321 5 484 163
İnfiniti 1 762 1 782 20
Lexus 8 665 8 965 300
Azsamand 3 386 3 381 -5
Porsche 1 671 1 734 63
Digər xarici minik avtomobilləri 23 117 24 607 1490

 

Nəqliyyat vasitələrinin sayı

  2015 2016
Cəmi 1 322 610 1 330 551
minik avtomobilləri 1 129 596 1 136 983
şəxsi minik avtomobilləri 1 074 965 1 082 597
avtobuslar 31 057 30 958
yük avtomobilləri 141 273 141 525
xüsusi təyinatlı avtomobillər 11 063 11 158
digərləri 9 621 9 927
Motosikllər 3 215 3 290
Qoşqu və yarımqoşqular 13 744 13 971
Hər 1000 nəfərə avtomobillər 139 138
Hər 1 km şosse yollarına düşən avtomobillər 70 70
Hər 1000 nəfərə düşən minik avtomobilləri 119 118
Hər 100 ailəyə düşən şəxsi minik avtomobilləri 52 52