İndi nəinki məşhur maliyyə analitiklərini, hətta sadə adamları da düşündürən neftin qiyməti ilə bağlı xəbərlərdir. Məlumdur ki, 2014-cü ildən bəri qiymətlər  60% ucuzlaşıb. Bir çox dövlətlərin rifahı  məhz neftin qiymətlərindən asıldır, valyutaların məzənnələri  isə bu qiymətlərə görə dəyişir. Kreditplaza.az saytı xarici mənbələrdə 2016-ci il üçün neftin qiyməti üzrə verilmiş bir neçə proqnozu araşdırıb:

Morgan Stanley Bankı – 40 USD  

Bu maliyyə institunun analitiklərinə görə bu qiymət artıq 2015-ci ilin sonlarına yaxın olmalıdır. Bundan sonra 2016-cı ilin əvvəllərində kiçik və qısa bir müddətdə qiymətlər bir az da qalxa bilər.

Britaniya bankları – 30 USD

“Qara qızılın” qiymətinin 30 USD-yə düşməsinin perspektivini real sayırlar. Bununla bərabər onlar hesab edirlər ki, 2015-ci ildə neftin qiyməti  nə qədər çox düşsə, 2016-cı ildə o dərəcədə də əhəmiyyətli şəkildə artacaq.

Əli-əl- Nəimi – 20 USD

Səudiyyə Ərəbistanının neft naziri qeyd edib ki, neftin qiymətinin dibi haradasa 20 USD civarındadır, çünki ərəb ölkələri neftin qiymətinin artmasına yox, bazarda öz paylarının genişləndirilməsinə çalışırlar.

Dünyanın nəhəng investisiya banklarının analitikləri – 62-64 USD

Hal-hazırda neft satışı ilə məşğul olan bir çox ölkələr ancaq həcmin artırılması hesabına udurlar. Tələbatın həcminin təkliflər həcmindən artım templəri bazardan xırda iştirakçıların tədricən sıxışdırılmasına gətirib çıxardacaq. Bu zəmində 2016-cı ilin başlanğıcından etibarən “qara qızılın” qıymətinin tədricən artacağı və 4-cü rübdə özünün ən yükcək nöqtəsi olan 65-69 USD-yə catacağı proqnozlaşdırılır.

Müstəqil beynəlxalq ekspertlər – 70-75 USD

Neftin qiymətlərinin dəyişməsinin siyasi tərəfini bir qırağa qoysaq, “qara qızılın” axı nəzərə alınmaması mümkün olmayan maya dəyəri də var. Məsələn ABŞ-da sist qatlarından hasil olunan neftin maya dəyəri müxtəlif  yataqlarda  20 USD-dən 80 USD-ə arası  dəyişir.Orta hesabla maya dəyəri 57-58 USD arasıdır. Hal-hazırda ABŞ və OPEC ölkələri neftlə mayasından aşağıolan qiymətlərlə sata bilirlər, çünki onların ziyanını fyuçers müqavilələrindən əldə olunan gəlirlər örtür. Amma fyuçers müqavilələrinin müddətləri də qurtarmaq üzrədir və 2016-cı ildən başlayaraq bu ölkələr artıq “qara qızılı” bu maliyyə alətlərinin köməyi olmadan, ancaq maya dəyəri nəzərə alınmaqla satmağa məcbur olacaqlar. Bu baxışdan da qiymətin kəskin sürətdə 69-70 USD-yə qalxması gözlənilir.