Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-ü ötən il xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb.

FED.az xəbər verir ki, bunlar Pakistan və İran Milli Banklarının Bakı filialları, “Bank Avrasiya”, “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “AGBank”, “AFB Bank”, “PAŞA Bank”, “Atabank”, “Premium Bank”, “Access Bank”, “Unibank”, “Bank of Baku” və “Azərbaycan Beynəlxalq Bankı”dır (ABB).

Adı çəkilən banklar ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxından ən yüksək göstərici ABB-də (130,294 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (117 min manat) qeydə alınıb.

Qalan 16 bank isə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb. Ən çox ayırma “Bank VTB Azərbaycan”da (218,8 milyon manat), ən az ayırma isə “Naxçıvan Bank”da (110 min manat) qeydə alınıb.