Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 13 milyard 874,1 milyon manat vəsait daxil olmuş, büdcədən 13 milyard 925,3 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 51,2 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,1 faizi səviyyəsində olmuşdur.

Büdcə xərclərinin 5,4 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 3,2 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 5,3 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat təsdiq edilmişdir.

(Marja.az)