2017-dən bəri ilk dəfə “dünyanın ən böyük 10 şirkəti” siyahısında bir Çin şirkəti yer almayıb.

Çininin iri qabaqcıl internet və texnologiya şirkəti “Tencent Holdings” bazar dəyərinə görə “dünyanın ən böyük 10 şirkətindən biri” adını itirib. Siyahıda 2017-ci ildən bəri ilk dəfə Çin şirkəti yer almayıb.

Marja xəbər verir ki, “Tencent” şirkətinin səhmləri bu gün 1,9% ucuzlaşıb. “Bloomberg”in məlumatlarına görə, şirkət, təxminən 552 milyard dollarlıq bazar dəyərilə ABŞ-ın çip istehsalçısı “Nvidia”dan geri qalıb.

Çin hökumətinin texnologiya sektorunda inhisarçılıqdan data təhlükəsizliyinə qədər bir çox sahədə sərt qaydalar tətbiq etməsinin təsirilə e-ticarət nəhəngi “Alibaba” da bu il siyahıdakı yerini itirmişdir.

“Tencent” səhmləri Yanvar ayında ən yüksək səviyyəsini görməsindən bu yana dəyərdən düşür, şirkətin bazar dəyəri təxminən 390 milyard dollar azalıb.

Çindəki məhdudiyyətlər ilə bu ay Hanq Senq indeksi dünyada ən pis performansı göstərib. “Alibaba” və “Tencent” ən pis performans göstərən səhmlər olub. Honq Konq Birjasında texnologiya səhmləri bu gün də düşərək 4-cü seansda da ucuzlaşmaqda davam ediblər.