Amerikada ani çəkiliş edən tanınmış “Polaroid” fotoaparatının müasir analoqunun satışlarına start verilib.

İKT.lent.az-ın Rusargument.ru saytına istinadən verdiyi məlumata görə, bu günlərdə Nyu-Yorkda “OneStep 2” cihazının təqdimatı keçirilib.

Qeyd edilir ki, cihaz tam olaraq 1997-ci ildə istehsal edilmiş “OneStep”in cihazını təkrarlayır. Cihazı “Polaroid Originals” şirkəti təqdim edib. Bu şirkət cihazın istehsalına patent və hüquqların sahibidir. Bildirilir ki, satışı nəinki kameraların müasirləşdirilmiş modelləri, həmçinin komplektdə plyonka (lent) da daxil edilmiş ivintaj fotokameralar da çıxarılacaq.

Amerikalılar yenilənmiş “OneStep 2” üçün 100 dollar ödəməli olacaqlar. Fotolent isə onlara əlavə olaraq 16 dollara başa gələcək. Komplektə daha da müasirləşdirilmiş daxili işıqlandırma, kadrların sayğacı üçün işıq indikatorları da daxil edilib.