Avrozona ölkələrinin maliyyə nazirləri Yunanıstan hökumətinə ölkədə islahatlar keçirmək üçün əlavə 10,3 milyard avro məbləğində yardım ayrılması barədə razılıq əldə ediblər.

Fins.az xəbər verir ki, bununla bağlı qərar nazirlərin Belçikanın paytaxtı Brüsseldə keçirilmiş iclasında qəbul edilib. Avropa ölkələrinin rəsmiləri hesab edirlər ki, rəsmi Afina vergi sahəsində lazımi islahatlar keçirib və ona dəstək verməkdə davam etmək lazımdır. Son nəticədə artıq gələn ay Yunanıstana 7,8 milyard avro çatacaq. Daha sonra isə ölkəyə 2,5 milyard avro verilməlidir. Bununla bağlı yekun qərar yaxın 1-2 həftə ərzində qəbul olunacaq.

2016-cı ilin əvvəlinə Yunanıstanın döv lət borcu 321,3 milyard avro təşkil edib. Bu isə ölkənin ümumi daxili məhsulunun demək olar ki, 180%-i qədərdir. Borcun yarıdan çox Avropa ölkələrinin aldğı dövlət istiqrazlarının hesabına formalaşıb. Yunanıstan bu ilin yanvarında iyuluna qədər 5 milyard avro borc qaytarmalıdır. Bunun əsas hissəsi – 3,7 milyard avrosu məhz iyul ayında geri ödənilməlidir.