Rusiya Maliyyə Nazirliyi, Türkiyə ilə milli valyutalarla ticarət haqqında saziş imzalandığını açıqlayıb.

Rusiya Maliyyə Nazirliyindən verilən açıqlamada, Türkiyə ilə Rusiya arasındakı ticarətdə milli pul vahidlərinin istifadəsinə dair 4 Oktyabrda müqavilə imzalandığı qeyd olunub.

Açıqlamada, Türkiyənin Xəzinə və Maliyyə Naziri Berat Albayrak ilə Rusiya Baş Nazirinin Müavini və Maliyyə Naziri Anton Siluanov tərəflərindən imzalanan müqavilə ilə iki ölkə arasındakı ticarətdə mərhələli olaraq rubl və lirə istifadəsinin artırılacağı qeyd edilib.

Müqavilə ilə maliyyə bazar infrastrukturunun təşkil ediləcək.

Açıqlamada, müqavilə sayəsində Türkiyə banklarının Rusiyanın SWIFT alternativi SPFS (Maliyyə Mesajlaşma Sistemi) ilə əlaqəsinin və Rusiyanın MIR kartının Türkiyədə istifadəsinin genişləndiriləcəyi məlumatına yer verilib.

Açıqlamada, “Milli pul vahidlərində likvidlik təminetmə səviyyəsini artırmaq üçün iki ölkənin milli bazarlarında Rusiya və Türkiyə şirkətlərinin borc sənədləri emissiya etmə vasitələri inkişaf etdiriləcəkdir. Müqavilənin imzalanması, Rusiya ilə Türkiyə arasında ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün mühüm bir addımdır“,- deyilir.

 

@Marja