Türkiyənin yeni İslahat Paketi açıqlanacaq

10 Aprel 2019-cu il tarixində Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak iqtisadiyyatın yeni yol xəritəsini  (İslahat Paketi) açıqlayacaq. 

Iqtisadçılar seçkidən sonra yol xəritəsinin Türk Lirəsinin istiqamətinə həlledici təsiri olacağını bildirirlər.

Nazir Albayrak, 28 Martda qatıldığı bir televiziya proqramında, 8 Aprel həftəsində iqtisadi artım, inflyasiya, bankçılıq başda olmaqla bütün sahələrdə atılacaq addımları ehtiva edən ümumi çərçivəyə bağlı açıqlamalar verəcəyini bildirmişdi.

Albayrak, “Artıq Türkiyənin bundan sonrakı gündəmi maliyyə arxitekturası, maliyyə təhlükəsizliyi olacaqdır.Bütün alətlər ilə sağlam və real böyüyən bir iqtisadiyyatı dəstəkləmək üçün hansı addımlar lazımdırsa atacığıq” demişdi.

Bakı vaxtı ilə saat 07:30-da Dollar/TL məzənnəsi 5.63 səviyyələrində olub.

@Marja