Dollar/Türk Lirəsi (TL) məzənnəsi bugünə artımla başlayıb (Dollar bahalaşır, Türk Lirəsi ucuzlaşır).

Dünən 5.67-dən günə başlayan məzənnə 1%-dən çox artaraq 5.75-ə qədər yüksəlmişdi.

Bu gün məzənnə 5.8189 səviyyəsini görüb. Dollar Türk Lirəsi qarşısında 1,4%-ə yaxın dəyər qazanıb (Saat 14:35-ə olan məlumat).

Lirənin ucuzlaşmasının səbəbi ABŞ ilə raket əleyhinə müdafiə sistemləri məsələsində artan gərginlikdir. Məzənnənin 5.80 səviyyəsini qırarsa 5.84-ə yüksələcəyi gözlənilir.

@Marja