Türkiyədə Dolların məzənnəsi görünməmiş bir sürətlə yüksəlməyə davam edir.
Dollar/Türk Lirəsi (TL) məzənnəsi bu gün səhər 6 səviyyəsini də keçib.  Bakı vaxtı ilə saat 10:20-də məzənnə 6.4684 səviyyəsində olub. Bu yeni tarixi rekorddur. Bu gün Lirənin Dollar qarşısında ucuzlaşması 11%-ə çatıb. Dünən Lirə 5%ucuzlaşmışdı. Avro/TL məzənnəsi isə 7 səviyyəsini keçərək 7.1584 lirəyə qədər yüksəlib.

Keşiş Endryu Brunsonın həbsi və Vaşinqton rəhbərliyinin sanksiya qərarları səbəbilə Türkiyə və ABŞ arasında böhran başlayıb. Türkiyədən doqquz nəfərlik bir diplomatik heyət, Amerika və Türkiyə arasındakı gərginlikləri aradan qaldırmaq məqsədilə Vaşinqtonda danışıqlar aparıb.

ABŞ ilə danışıqlardan nəticə çıxmadığı bildirilir. Bu səbəbdən məzənndə yüksəliş davam edir. Danışıqların uğursuz keçdiyini və razılıq əldə olunmadığını yazan Amerikanın “Wall Street Journal” qəzeti, Tramp-ın komandasının Türkiyəyə yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı məlumatını da verib.