2019-cu ilin iyul ayı ilə müqayisədə avqust ayında ticarət və xidmət sektoruna cəmi kredit qoyuluşları 8,9 milyon manat artsa da, 2018-ci ilin sonundakı səviyyə ilə müqayisədə azdır.

Mərkəzi Bankın statistikasına istinadən, 31 Avqust 2019-cu il tarixində ticarət və xidmət sektoruna cəmi kredit qoyuluşları 2 milyard 298 milyon 600 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 80 milyon 900 min manat azdır.

2018-ci ilin sonunda ticarət və xidmət sektoruna cəmi kredit qoyuluşları 2 milyard 379 milyon 500 min manat təşkil etmişdi.

2019-cu ildə ticarət və xidmət sektoruna verilən kreditlərdə sabit artım tempi formalaşmayıb. Aydan aya artım və azalmalar bir-birini əvəz edib.

 

@Marja