2020-ci ilin əvvəlindən indiyədək Azərbaycanda bank filiallarının sayı kəskin azalıb.

FED.az Azərbaycan Mərkəzi Bankınp (AMB) istinadən xəbər verir ki, avqustun 1-ə olan vəziyyətə ölkədə 440 bank filialı var. Bu ilin əvvəli ilə müqayisədə 69 filial azdır.

İlin əvvəlində ölkədə 509 filial vardı.

Birinci rübün sonunda filialların sayı 506, aprelin sonnuda 467 filial, mayın sonunda 439, iyunnu sonunda 440 filial olub.

Filialların sayının azalması əsasən 4 bankın («Atabank», «Amrahbank», «NBC Bank» və «AG Bank»ın) bağlanması ilə əlaqədardır.