Cari ilin sentyabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.

Ötən ay “Accessbank”da nağd kredit üzrə faiz dərəcəsi 20%-dən 19%-ə, “Azərbaycan Beynəlxalq Bankı”nda 2326%-dən 2024%-ə düşürülüb. Sonuncu həm də pensiya kreditləri üzrə faiz dərəcəsini 2327%-dən 2024%-ə salıb.

“Bank Respublika”da təhsil krediti üzrə faiz dərəcəsi 16%-dən 20%-ə kimi artırılıb.

Hesabat ayında “Bank VTB Azərbaycan” təhsil kreditlərinin verilməsini dayandıraraq, daxili vəsaitlər hesabına ipoteka kreditləşməsinə start verib.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “Turanbank” və “Xalq Bank”dadır, Avtomobil kreditləri – “NBC Bank”, Təmir kreditləri – “Bank Nikoil”, Lombard kreditləri – “Amrahbank”, Mikro kreditlər – “Bank Respublika”,  Kiçik və orta biznes kreditləri – “AG Bank” .

Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib:

 

@Report