Türkiyənin məşhur GoldenRosebrendi zəngin dekorativ kosmetika, parfümeriya və qulluq vasitələri seçimi ilə artıq uzun illərdir ki, ölkəmizdə uğurla təmsil olunur. GoldenRose yüksək keyfiyyətli məhsullar, əlverişli qiymətlər, xüsusi təklif və kampaniyaları ilə xanımların ən sevdiyi mağazalardan birinə çevrilib.

 

GoldenRose həmdə müştərilərinə daha rahat xidmət göstərmək və daxili iş prosesini yüngülləşdirmək məqsədi ilə öz mağazalarında sahibkarlar üçün yeni təqdim olunan smart kassaları ilk quraşdıran şirkətlərdən biri olub. GoldenRose-un Gənclik Mall-da yerləşən dükanının əməkdaşı Kəmalə Salmanova yeni nəsil kassa cihazları barədə danışdı.

 

“Son zamanlar ölkəmizdə nağdsız əməliyyatların həcmi əhəmiyyətli dərəcədə artmaqdadır. İnsanlar ödəniş edərkən daha çox bank kartlarından istifadə etməyə üstünlük verirlər. Məhz bu səbəbdən şəbəkəmizin şöbələrinə ənənəvi terminallarla müqayisədə daha innovativ, rahat və geniş funksionala malik olan yeni smart kassalar quraşdırıldı. Yeni cihazlar vasitəsilə biz anbar və mühasibat uçotunu apara bilirik, bu isə hesabatların tərtib olunmasına sərf olunan vaxta qənaət etməyə imkan yaradır. Həmçinin yeni kassalar müştərilərimiz üçün də çox əlverişlidir. Belə ki, yeni nəsil “ağıllı” kassalar vasitəsilə POS terminal xidməti, kassa aparatı, QR, taksitlə ödənişlərin qəbulu, Cash-back və digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması mümkündür. Yeri gəlmişkən, qeyd edim ki, smart kassalar dükanımıza sərfəli şərtlərlə Kapital Bank tərəfindən quraşdırılıb”, – deyə, Kəmalə Salmanova bildirdi.

 

Kəmalə xanım mağazada müştərilərə təqdim olunan ödəniş imkanları və hazırda keçirilən kampaniya barədə də məlumat verdi. “Bildirmək istərdim ki, GoldenRose-da taksitli alış-veriş etmək də mümkündür. BirKart taksit kartı ilə istənilən məhsulu əldə edərkən, malın qiymətini aylara bölərək hissə-hissə ödəmək olar. Bu zaman heç bir əlavə faiz və ya komissiya tətbiq olunmur. Həmçinin hal-hazırda mağazamızda özəl kampaniya keçirilir. Kampaniyanın şərtlərinə görə BirKart vasitəsilə taksitlə minimum 50 AZN məbləğində alış-veriş edən hər müştəri müxtəlif hədiyyələrdən birini qazanacaq”, – deyə, GoldenRose-un əməkdaşı əlavə etdi.

 

Yeni il üçün kosmetika çantanızı hələ dəyeniləməmisiniz? O zaman GoldenRose-da sərfəli qiymətlərlə orijinal kosmetika, parfümeriya və qulluq vasitələrini əldə etməyə tələsin.