Rusiyada ABŞ dollarının məzənnəsi 2016-cı il avqustun 3-dən bəri il dəfə 67 rublu keçib.

Məlumata görə, Moskva Banklararası Valyuta Birjasında Amerika valyutasının qiyməti gün ərzində 0,44 rubl və yaxud 0,66% artaraq 67,09 rubla çatıb.

Əvəzində qonşu ölkədə avro ucuzlaşıb. Belə ki, Avropanın vahid valyutasının məzənnəsi 0,2 rubl və yaxud 0,26% azalaraq 76,74 rubla düşüb.

Mənbə: Report