İyun ayının 22-dək Rabitəbank-ın MasterCard debet və kredit kartlarının sahibləri Bravo supermarketlərindən alış-veriş etməklə hədiyyə qazanabiləcəklər. Mağazada 40 AZN və daha artıq məbləğdə alış-veriş edən hər bir müştəri həmin gündə ödəniş qəbzini Bravo supermarketlərinin Müştəri Xidmətləri masasına təqdim edərək dərhal hədiyyələrdən birinə sahib olacaq.

Kampaniya Gənclik Mall Ticarət Mərkəzinin birinci mərtəbəsindəki Bravo supermarketi və Əhmədli qəs., R.Quliyev 4 (köhnə radiozavod) ünvanında yerləşən Bravo hipermarketində keçirilir.Əgər Siz də Rabitəbank-ın MasterCard kartlarına sahibsinizsə o zaman Bravo marktetdən hədiyyələr qazanmaq üçün alış-verişə tələsin.

Qeyd edək ki, hazırda Rabitəbank plastik kart infrastrukturunu möhkəmləndirərək aktiv plastik kart hesab istifadəçilərinin sayını 40 197-ə,ATM şəbəkəsini isə 60 ədədə çatdırıb.

Daha ətraflı məlumat üçün 133 Məlumat Mərkəzimizə zəng vura bilərsiniz.