“Biznes işləmirsə banklara pul axını da azalacaq. Gözləntim odur ki, Mərkəzi Bank tərəfindən bankların likvidliyi dəstəklənəcək”.

“Report” xəbər verir ki, bunu “Paşa Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

T.Kazımov son zamanlar bağlanan banklarda sahibkarların cari hesablarda vəsaitlərinin batmasına və bunun bank sektoruna inamın azaltmasına münasibət də bildirib:

“Bağlanan banklar və Mərkəzi Bankın qərarı ilə bağlı heç bir söz deyə bilmərəm. Sadəcə sahibkarlara məsləhət görürəm ki, banklarla əməkdaşlıq zamanı qiymətləri deyil, bankın maliyyə göstəricilərinə də baxsınlar”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin bu ilin aprelin 27-də qəbul etdiyi qərarla “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, adı çəkilən bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdi. Həmçinin AMB, həmin banklardan ikisinin – “Atabank” və “Amrah Bank”nın lisenziyaları həmin tarixdən etibarən ləğv etmişdi.