“PAŞA Bank” 2019-cu ilin sonunadək filial şəbəkəsini genişləndirməyi planlaşdırır.

Bu barədə bankın baş maliyyə inzibatçısı, İdarə Heyətinin üzvü Bəhruz Nağıyev məlumat verib. “İlin sonuna qədər filial şəbəkəsini bir qədər artırmaq niyyətindəyik. Bakıda bankın yeni struktur bölməsi açılacaq”, – Nağıyev bu gün 2019-cu ilin I yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Hazırda bank Bakıda baş ofis, 5 bölmə və 2 valyuta mübadiləsi məntəqəsi ilə təmsil olunur. Bundan başqa, “PAŞA Bank”ın üç regional filailı var – Gəncə, Zaqatala və Qubada.

“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərin həcminə görə Azərbaycanın ən iri özəl bankıdır. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “PASHA Holding”in strukturuna daxildir.

 

@Fins.az