Hesablama Palatası, dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ayrılan vəsaitlərin istifadəsini yoxlayıb. Yoxlamanın nəticəsi olaraq Auditor Hesabatı hazırlanıb.

Hesablama Palatasının yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbiri (yoxlama) üzrə Auditor Hesabatı müzakirə olunub.

Kollegiya iclasında nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının  göndərilməsi, Azərbaycan Respublikasının  Milli  Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

Eyni zamanda, Palata yoxlamarın nəticələrini dərc etmir.

Maliyyə Bazarlarına Nəzarət Palatasına 6 mərhələdə 600,1 milyon manat vəsait ayırılıb.

 

@Marja