Maliyyə Bazarlarına Nəzarət Palatası “Kompensasiya məbləğinin sorğulanması” xidmətini hazırlayıb. 

Xidmətdən Palatanın saytına daxil olaraq istifadə etmək mümkündür. Hələlik xidmət test rejimindədir. Palatanın saytının “Problemli kreditlərin həllinə dair məlumat”  hissəsində “Kompensasiya məbləğinin sorğulanması” pəncərəsi yaradılıb.  Pəncərədən məlum olur ki, bank müştərisi adını və parolunu daxil etməklə alacağı kompensasiyanı sorğulaya bilər.

“Kompensasiya məbləğinin sorğulanması” xidmətinin işə salınması kompensasiya alacaq vətəndaşların siyahısının hazır olduğuna işarədir. Bundan əvvəl, Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdiriləcəyi açıqlanmışdı.

@Fins.az