2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycan Beynəlxalq Bankında pul və pul vəsaitlərinin ekvivalenti, o cümlədən depozitlərinin həcmi 1,263 mlrd. manat təşkil edib.

Bu barədə şirkətin 2018-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub. Bu isə 2017-ci ildən 17% azdır.

Bildirilib ki, SOCAR pul vəsaitlərini Azərbaycanın nüfuzlu maliyyə institutlarında yerləşdirir və hesab açdırdığı bankların vəziyyətini daim nəzarətdə saxlayır.

@Report