Maliyyə Bazarlarına Nəzarət  Palatasının hesabatlarına görə, bankların müştərilərə verdikləri kreditlər Sentyabr ayının sonu ilə müqayisədə Oktyabrda 122 milyon manat azalaraq 11 milyard 889.2 milyon manata düşüb. Sentyabrın sonunda bankların müştərilərə verdikləri kreditlər 11 milyard 901.4 milyon manata çatmışdı.

Sentyabr ayının sonu ilə müqayisədə kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli
ehtiyat 1 milyard 648.4 milyon manatdan 1 milyard 536.5 milyon manata düşüb (111,9 milyon manat azalma) Nəticədə xalis kreditlər 10 milyard 252.9 milyon manatdan 10 milyard 352.7 milyon manata yüksəlib (99,8 milyon manat artım).

İllik müqayisədə bankların müştərilərə verdikləri kreditlər cüzi artıb. 31 oktyabr 2017-ci il tarixində 11 milyard 707.5 milyon manat təşkil etmiş kreditlər 31 oktyabr 2018-ci il tarixində 11 milyard 889.2 milyon manata yüksəlib (181,7 milyon manat və ya 1,5% artım).

Banklarda kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat isə 1 milyard 651 milyon manatdan 1 milyard 536.5 milyon manata düşüb. Nəticədə xalis kreditlər də 10 milyard 56.5 milyon manatdan 10 milyard 352.7 milyon manata yüksəlib.

@Marja