“Moody’s” Beynəlxalq Reytinq Agentliyi “Xalq Bank” ASC-nin Baza Kredit Qiymətləndirilməsi (Baseline Credit Assessment – BCA) reytinqini “b3″dən “caa1″ə yüksəldib.

“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnozu “Sabit”dən “Müsbət”ə dəyişdirilib.

“Bu qərar “Xalq Bank”ın aktivlərinin keyfiyyətinin artırılması ilə bağlı görülən tədbirləri və Bankın kapital buferinin möhkəmləndirilməsini əks etdirir”, – agentlik bəyan edib.

“Moody’s”in qiymətləndirmələri nəticəsində məlum olub ki, ötən ilin yekununda “Xalq Bank”ın 90 gündən çox vaxtı keçmiş kreditləri ümumi kredit portfelində 10% paya malik olub. Bu rəqəm 2017-ci ildə 12,7%, 2016-cı ildə isə 14,6% təşkil edib.