“Moody’s” beynəlxalq reytinq agentliyi “B3” səviyyəsində olan uzunmüddətli yerli və xarici valyuta depozitləri üzrə reytinq və “Not-Prime” səviyyəsində olan qısamüddətli yerli və xarici valyuta üzrə reytinq də daxil olmaqla “Unibank” ASC-nin reytinqini geri çağırıb.
Agentlikdən verilən xəbərə görə, bununla yanaşı, agentlik bankın kreditin baza qiymətləndirilməsi reytinqini “b3” səviyyəsində, kontragentin risk qiymətləndirməsini isə “B2/Not-Prime” səviyyəsində təyin edərək geri çağırıb. Reytinqin geri çağırılmasından əvvəl isə bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz neqativ olub.