“Moodys” beynəlxalq reytinq agentliyi Azərbaycanın 8 bankında stress-test aparıb.

Fins.az xəbər verir ki, bu barədə agentliyin kiçik vitse-prezidenti, analitiki Mariya Malyukova bildirib. Onun sözlərinə görə, banklarda 2 ssenari – baza və alternativ ssenari üzrə stress-testlər aparılıb: “Birinci stress-test daha realdır. Baza ssenarisinə əsasən ümumi daxili məhsulun (ÜDM) azalmasını və kredit portfelində olan problemlərin 20%-ə çatmasını nəzərə alırıq. Alternativ ssenariyə görə, ÜDM-in 8% azalması və problemli kreditlərin 35%-dək yüksəlməsi proqnozlaşdırılır. Nəticə göstərir ki, kapitallaşma göstəriciləri -2,8%-ə enə bilər və sektora mühüm kapitallaşma tələb olunur”.

Mənbə: APA