“Turanbank” ASC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.
Belə ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.2-ci maddəsinə əsasən “Turanbank” ASC 20 000 manat məbləğində, İXM-nin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “Turanbank” ASC-nin vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilmişdir.